SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 11,084 milyard dollar artıb.

BAKU.WS xəbər verir ki, bu, şirkət səhmlərinin dəyəri əsasında hesablanan "Bloomberg Milyarderlər İndeksi"ndə öz əksini tapıb. 

Belə ki, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 3,86 milyard dollar qazanıb. Hazırda onun sərvəti 22,7 milyard dollar təşkil edir. Milyarderin pul sərmayələri və şəxsi aktivlərinin dəyəri qismən yerli gəlirlərə əsaslanır.

KİV-lərin təqdim etdiyi hesabat və rəqəmlərə innsaq, "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 2,08 milyard dollar artaraq 23 milyard dollara çatıb. Onun investisiyalarının dəyəri dividendlərin, daxili əməliyyatların, vergilərin və bazar göstəricilərinin təhlilinə əsaslanır.

Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin 1,49 milyard dollar qazanaraq sərvətini 25,4 milyard dollara çatdırıb. 

Ən böyük itkini təbii qaz istehsalçısı "Novatek" şirkətinin səhmdarı Gennadi Timçenko verib, onun sərvəti 1 milyard dollar azalaraq 13,2 milyard dollara düşüb.

Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin 500 ən varlı adamının sərvətləri haqqında məlumatları "Bloomberg Milyarderlər İndeksi"nə əsas dərc edir. 

BAKU.WS
QALEREYA