Bu il milyarder ruslar 60 milyard dollar kasıbladılar, siyahıda Vahid Ələkbərov da var
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 mlrd. dollar azalıb.
BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, "Bloomberg"in araşdırmasına görə, "Severstal" direktorlar şurasının sədri Aleksey Mordaşov hazırda Rusiyanın ən yoxsul milyarderləri siyahısına başçılıq edir. Belə ki, onun sərvəti ilin əvvəlindən 8,2 mlrd. dollar azalaraq 20,6 mlrd. dollar təşkil edib.
"Novotek"in sədri Leonid Mixelsonun 5,73 mlrd. dollar itirməsi isə sərvətini 26,7 mlrd dollara qədər azaldıb.
Ən zəngin rus iş adamı Əlişir Usmanovun sərvəti 894 mln. dollar azalaraq 20,4 mlrd. dollar təşkil edib.Azərbaycanlı iş adamı Vahid Ələkbərovun 3,92 mlrd. dollar itirərək 17,8 mlrd dollarlıq sərvətə sahib olması qeyd olunur.
Oxşar xəbərlər
İlon Maskın sərvəti bir həftədə 11,5 mlrd. dollar artıb
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb. BAKU.WS APA-ya istinadən xəbər veri...