İran hökuməti qadın jurnalisti həbs etdirib - FOTO
29
fev
2024
18:30
Tehranda yaşayan jurnalist Kimiya (Zəhra) Fəthizadəyə İran hökumətinin Məhkəmə Sistemi tərəfindən altı ay həbs cəzası verilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, o, hökumət və rəsmilərin imicini zədələmək məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaqda ittiham edilib.
Qeyd olunub ki, qadın jurnalistin peşə fəaliyyətinə iki illik qadağa qoyulub.
Oxşar xəbərlər
İranda daha iki jurnalist azadlıqdan məhrum edildi - FOTO
Tehran İnqilab Məhkəməsi Səidə Şəfii və Nəsim Sultanbeygi adlı iki jurnalistə həbs cəzası verib. BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı...