İranda daha iki jurnalist azadlıqdan məhrum edildi - FOTO
01
avq
2023
15:09
Tehran İnqilab Məhkəməsi Səidə Şəfii və Nəsim Sultanbeygi adlı iki jurnalistə həbs cəzası verib.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Səidə Şəfii sosial media hesabında bununla bağlı paylaşım edərək bildirib ki, özü və həmkarı Nəsim Sultan Beygiyə qarşı “hökumət əleyhinə təbliğat aparmaq” və “rejimə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.
Məlumata görə, hər iki jurnalistə dörd il üç ay həbs cəzası verilib və iki il müddətinə ölkəni tərk etmələrinə qadağa qoyulub.
Oxşar xəbərlər
İranda jurnalistə ağır cəza verildi - FOTO
İranda siyasi fəal və jurnalist Sepide Qelyana ağır cəza verilib. Bu barədə "Azad İran" teleqram kanalı xəbər verib. Məlumata görə, iki il müddətinə azadlıqdan...