İranda jurnalistə ağır cəza verildi - FOTO
12
iyl
2023
16:47
İranda siyasi fəal və jurnalist Sepide Qelyana ağır cəza verilib.
Bu barədə "Azad İran" teleqram kanalı xəbər verib.
Məlumata görə, iki il müddətinə azadlıqdan məhrum edilən və Tehranın "Evin" həbsxanasında olan fəalın siyasi və ictimai qruplara qoşulmasına, smartfonlardan istifadəsinə, həmçinin Tehran və qonşu əyalətlərdə məskunlaşmasına da qadağa qoyulub.
Qeyd edək ki, siyasi fəal "İran rəhbərini təhqir etmək və kiberməkanda yalan məlumatlar yaymaq" ittihamları ilə həbs edilib.
Oxşar xəbərlər
Tehranla İrəvanın “qardaşlaşması”: İkrah doğuran təkrarçılıq - ŞƏRH + FOTO
İranda vəziyyət ağırdır, insanlar aylardır meydanlarda haqq və hüquqları uğrunda mübarizə aparırlar. Tehran rejimi bunu gizlətməyə çalışsa da, bütün dünya həqiq...