Tehran prokuroru Evin həbsxanasındakı münaqişədən DANIŞDI - VİDEO - YENİLƏNİB

Tehran prokuroru Evin həbsxanasındakı münaqişədən DANIŞDI - VİDEO - YENİLƏNİB
Video
Siyasət 94

Şənbə günü axşam saatlarında Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında baş verən dava nəticəsində başlayan yanğın söndürülüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında məhbuslar arasında münaqişə baş verib, hadisə quldurların saxlandığı qanadda başlayıb.

Hüquq-mühafizə orqanları həbsxanaya nəzarəti təmin edib və yanğınsöndürənlər yanğını söndürüblər.

Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib: “Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, siyasi məhbusların olduğu kamera münaqişənin baş verdiyi yerdən uzaqda yerləşir.

***10:18

İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, olayda ölən olmayıb.

Həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.

Yerli dövlət KİV isə qeyd edib ki, həbsxanada vəziyyət nəzarət altına alınıb.

Son xəbərlər