Türkiyənin bu bölgəsində qarın qalınlığı 5 metrə çatdı - FOTO
29
fev
2024
16:59
Türkiyənin bir çox şəhərində yağan güclü qar həyatı iflic edib.
BAKU.WS xəbər verir ki, bəzi bölgələrdə artıq yaz mövsümü yaşanrkən Ərzurumun Düzyurt kəndinə 3 metr qalınlığında qar yağıb.
Dağlıq ərazilərdə isə qarın qalınlığı isə 5 metrə çatıb.
İnsanların tarlalarda işlədiyi və mal-qara saxladığı kəndlərdə həyat iflic olub.
Yollar bağlanıb. Kənd sakinləri günlərdir dolanışığını təmin etməkdə çətinlik çəkir.
Ərzurumun Düzyurt kəndi 2405 metr hündürlükdə yerləşir. Sakinlər kəndin digər bölgələri ilə əlaqənin kəsilməməsi üçün aidiyyatı qurumlara müraciət ediblər.
Oxşar xəbərlər
Türkiyənin bu bölgəsinə 4 metr hündürlüyündə qar yağdı - FOTO
Türkiyənin bəzi bölgələrində yağan güclü qar həyatı iflic edib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə Muş bölgəsinə 3-4 metr hündürlüyündə ya...