Türkiyənin bu bölgəsinə 4 metr hündürlüyündə qar yağdı - FOTO

Türkiyənin bu bölgəsinə 4 metr hündürlüyündə qar yağdı - FOTO
Siyasət 109

Türkiyənin bəzi bölgələrində yağan güclü qar həyatı iflic edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə Muş bölgəsinə 3-4 metr hündürlüyündə yağan qar kənd yollarını bağlayıb.

85 kəndi qardan təmziləmək üçün əraziyə müxtəlif texnikalar cəlb edilib.

Varto bölgəsində yolları qardan təmziləyənlər bildiriblər ki, ərazidə təmizlik işi aparıldıqdan sonra yenidən qar çovğunu olub və yollar yenidən bağlanıb.

Onlar burda çətin və ağır şəraitdə işlədilərini və demək olar ki, günün 24 saatını iş başında olduqlarını qeyd ediblər.

Son xəbərlər