İstanbul boğazı hər iki istiqamətdə gəmilərin hərəkətinə bağlandı
29
fev
2024
10:01
İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
BAKU.WS xəbər verir ki, buna səbəb qatı dumanın müşahidə edilməsidir.
Bildirilib ki Eminönü-Beykoz, Anadolu Hisarı-Eminönü, Sarıyer-Eminönü, Beykoz-Sarıyer, Anadolu Kavağı-Rumeli Kavağı-Sarıyer bərə reysləri ləğv olunub.
Görünüş məsafəsinin azalması səbəbindən bəzi nöqtələrdə nəqliyyatın hərəkətində də problemlər yaranıb.
Yaranmış sıxlığın bir qədər də artacağı gözlənilir.
Oxşar xəbərlər
İstanbul boğazı gəmilərin hərəkəti üçün qapadıldı
İstanbul boğazında (Bosfor) gəmilərin hərəkəti dayandırılıb. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsindən bildirilib. Qeyd edilir ki, qatı...