Çanaqqala boğazı tranzit gəmiləri üçün bağlandı

Çanaqqala boğazı tranzit gəmiləri üçün bağlandı
Siyasət 49

Türkiyənin İstanbul şəhərində Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, gecə yarısı qatılaşan duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.

Şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio ilə xəbərdarlıq edilib və boğazın tranzit gəmilərə ikitərəfli bağlandığı açıqlanıb.

Duman azalandan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Qeyd olunur ki, boğazda işləyən bərələrin hərəkəti davam edir.

Son xəbərlər