"Nişanələr körpüsü", Çanaqqala - FOTO/VİDEO
Bu gün Türkiyədə tarixi gündür. Belə ki, Birinci dünya müharibəsinin ən qanlı və ibrətamiz səhnələrindən olan, 1915-ci ildə Osmanlının qazandığı Çanaqqala zəfərinin ildönümüdür.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qardaş Türkiyənin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür. Bu münasibətlə ölkə lideri Rəcəb Tayyib Ərdoğan və dövlət məmurlarının iştirakı ilə zəfərin ildönümündə Çanaqqala körpüsünün açılışını edib.
Körpüyə "Nişanələr körpüsü" də deyilir. Belə ki, ümumi uzunluğu 4608 metr olan körpünün iki qülləsi arasındakı açıq məsafə 2023 metrdir ki, bu da Türkiyə Cümhuriyyətinin 100 ilinə işarədir. Bununla da Çanaqqala körpüsü həm də dünyada ən uzun orta açıqlığı olan körpü kimi tarixə düşüb.
Bundan başqa, qüllələrin hündürlüyü 318 metrdir ki, bu da qələbənin martın 18-də qazanılması şərəfinədir.
İki qitə (Avropa və Asiya) arasında 1 saatlıq yolu 6 dəqiqəyə endirən körpünün üzərindən nəqliyyat vasitələrinin 1 həftəlik keçidi ödənişsiz olacaq.
Qalereya
Oxşar xəbərlər
Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. Hersoqun səfəri iki ölkə arasında 10...