SİZİN REKLAM BURADA!
055 213 76 73


75 yaşlı aktyor Jerar Depardye daha bir təcavüzdə ittiham olunur.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, adını açıqlamayan 53 yaşlı aktrisa "Les Volets Verts" filminin çəkilişləri zamanı Jerarın ona hücum etdiyini deyib.

Bu barədə Paris Başprokurorluğuna şikayət ərizəsi təqdim edib.

Bildirilib ki, hadisə 2021-ci ildə baş verib. Orada olan mühafizəçilərdən biri hadisəyə müdaxilə edib və bu təcavüzün qarşısı alınıb.

Qadın film heyətinin adına zərər gəlməsin deyə bu hadisəni heç kimə bildirməyib və şikayət etməyib.

Qeyd edək ki, Jerar Depardye bu günə qədər 10 qadına cinsi təcavüzdə ittiham edilib. Aktyor hər dəfə də ona qarşı irəli sürülən bu ittihamı qəbul etməyib. 

BAKU.WS