Rusiya vətəndaşı Jerar Depardyedən müharibəyə etiraz
Məşhur aktyor Jerar Depardye Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.
BAKU.WS "TASS" agentliyinə istinadən xəbər verir ki, sənətçi hər iki tərəfin qardaş ölkələr olduğunu bildirib. O, Rusiya ilə Ukraynanı sülhə səsləyib:
"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın".
Xatırladaq ki, Jerar Depardye Fransaya etiraz olaraq öz vətəndaşlığından imtina edib. 2013-cü ildə isə Rusiya vətəndaşlığını qəbul edib. Aktyorun etirazına səbəb keçmiş Fransa prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarına 75% vergi tətbiq etmək istəməsi olub.
Oxşar xəbərlər
Putin: Ukraynanı "Vladimir İliç Lenin adına Ukrayna" adlandırmaq olar
Rusiya prezidenti Vladimir Putin Donbasdakı vəziyyətin kritik olduğunu açıqlayıb. BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, Putin videomüraciəti zamanı...