Sarkozi Qərbin tənəzzülə uğradığını etiraf edir - TƏHLİL

Sarkozi Qərbin tənəzzülə uğradığını etiraf edir - TƏHLİL
Siyasət 4964

Fransanın sabiq prezidenti Nikola Sarkozi Madriddəki Fransisko de Vitoriya Universitetində çıxışı zamanı Qərbin tənəzzül dövründə olduğunu bildirib. O, əlavə edib ki, dünya oxu Şərqə keçib, Avropa Birliyinin ideyaları köhnəlib, Avropa ölkələri dəyişən dünyada hərəkətsiz qalıb və xəyallarını dayandırıb. Nikola Sarkozi Qərbin enişinin əlamətlərindən biri kimi Donald Trampın ABŞ prezidenti seçilməsini göstərib.

Dünyanın ən qüdrətli ölkəsinin prezidenti Donald Trampa hücum etməklə N. Sarkozi Avropanın siyasi elitasında itirdiyi nüfuzunu geri qaytarmağa və heç olmasa bir şəkildə məhkəmə çəkişmələrində ləkələnmiş imicini düzəltməyə çalışır. Çünki Sarkozinin adı Fransa və dünyada “Biqmalion işi" ilə bağlı məhkəmə prosesinə görə kifayət qədər ləkələnib. Fransanın Kassasiya Məhkəməsi qərar çıxarıb ki, keçmiş prezident Nikola Sarkozi sosialist Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampaniyasında həddən artıq xərclərə görə hakim qarşısına çıxacaq. Bu qərarı iki il yarım təxirə salmağı bacaran Sarkozinin vəkillərinin bütün səyləri puç olub.

Sarkozi 2013-cü ildə icazə verilən xərcləri (2012-ci il kampaniyası üçün təyin edilmiş 22,5 milyon avro) 363 min avrodan çox olduğu üçün Konstitusiya Şurası tərəfindən cəzalandırıldığını nəzərə alaraq ikinci dəfə mühakimə olunmayacağına ümid etsə də, bu elə ümid olaraq qalıb. “Biqmalion işi" Sarkozinin 2012-ci ildə təbliğat kampaniyasının maliyyləşdirilməsi ilə bağlıdır. Sarkozi təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulan məbləğdən (22,5 milyon avro) artıq vəsait ( 40 milyon avro) xərcləyib.

Sarkozi ABŞ prezidenti Donald Trampı sərt tənqid etmək və onu aşağılayan açıqlamalar verməklə bir növ ölmüş nüfuzunu qazanmaq istəyir. Fransa ictimaiyyətində məhkəmə qalmaqalı ilə siyasi karyerasına böyük zərbə vuran siyasətçi gündəmə zəbt edəcək açıqlamalarla Sarkozi adını yaşatmaq istəyir.

N.Sarkozinin “Dünyanın 7 milyard əhalisinin 4 milyardının Asiyada, yalnız 800 milyonunun isə Avropada yaşaması” haqqında bəyanatı onun siyasi savadsızlığını göstərir, çünki burada ilk növbədə əhali sayından deyil, ÜDM-in həcmi və bütövlükdə bölgələrin iqtisadi potensialı əsasında çıxış etmək lazımdır. Qərb ölkələri isə Asiya ölkələrini eyniləşdirmək, hətta ikinci tərəfi üstün göstərmək sadəcə pafosdan başqa bir şey deyil. Asiyada Çin, Hindistan, Yaponiya, Malaziya və İndoneizya kimi ölkələri misal göstərmək olarsa, bu ölkələrinin bir çoxunun inkişafı məhz Qərblə bağlıdır. Məhz Qərb mexanizmləri və iqtisadi prinsiplərinin tətbiqi Asiyada bəzi ölkələri nəhəng dövlətlərə çevriib. Əvəzində Avropa Birliyinə üzv ölkələrdən təkcə Almaniya, Fransa, Niderland və Norveçi misal göstərsək bu ölkələrinin dünya iqtisadiyyatının əsas tərkib hissəssi olduğunu və müxtəlif sahələrdə bir nömrəli məhsul istehsal etməsini və digər xidmətlər təklif etməsini görərik. Qərblə Asiyanı təkcə əhali baxımından müqayisə etmək və tərəflərdən birini üstün göstərmək heç də uğurlu müqayisə deyil.

Qərbin N. Sarkozi sadəcə publikaya oynayır, çünki Asiyanı dəstəkləmək və Avropaya hücum etməklə mümkün gələcək siyasi oyunlarında Avropadakı asiyalı miqrantların dəstəyini qazanmağa çalışır. Sarkozi Qərbi aşağılamaq, əvəzində Asiyanı güclkü göstərməklə həm ölkəsi, həm də Avropadakı Asiya mənşəli vətəndaşların dəstəyinə ümid edir. Avropalıların onu Liviya lideri Qəzzafidən pul almasına görə bağışlamayacağını başa düşən sabiq prezident B planını işə salmaqla növbəti seçkilər və siyasi gedişlər üçün zəmin yaradır.

Fransanın sabiq prezidenti eyni zamanda Avropanın siyasi-iqtisadi qürub yaşadığını etiraf etmiş olur. Sarkozinin sözlərini təhlil etdikcə bəzi məsələrdə yalnışlıqlara yol verdiyini görməklə yanaşı, Qərbdə müəyyən tənəzzül işartılarını görmək də olur. İdeal və nöqsansız Avropa dəyələri və iqtisadiyyatı bu gün iflasa uğramaq və Asiyadan da müəyyən mənada asılı vəziyyətdədir. Avropa ölkələrinin ABŞ-la bəzi məsələrdə fərqli düşüncələrə malik olması ümumilikdə Qərb ideolosiyasına siyasi parçalanmanın şahidi oluruq. Bundan əlavə Avropa və ilə Böyük Britaniya arasında “Brexit” məsələsi Avropanın parçalanmağa doğru getdiyini göstərir. Daima Avropanın ən aparıcı ölkəsi olan Britaniyanın Avropa Birliyindən çıxmaq istəməsi siyasi-iqtisadi qürub olduğunu ortaya qoyur.

Son xəbərlər