Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür
"Hazırda Bakıda mənzillərin bir kvadratmetrinin minimum qiyməti 2500 manatdan aşağı deyil. Bu qiymət paytaxtın 5-6 rayonunu əhatə edir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri qeyd edib ki, bir kvadratmetr yaşayış sahəsi əldə etmək üçün 2500 manat ödəmək lazımdır:
"Burada söhbət daha çox infrastrukturun inkişaf potensialı olan yerlərdən gedir. Artıq mərkəz və mərkəzə yaxın ərazilərdə qiymətlər demək olar ki, eynidir. Həm sıxlıq kifayət qədərdir, həm də qiymətlər o qədər yüksəlib ki, həmin ərazilərdə yaşayış mənzili əldə etmək çox çətinləşib.
Yeni mənzil almaq istəyənlər daha çox tikintinin baş verdiyi Nərimanov və Yasamal rayonlarına müraciət edir. Bu rayonlarda yeni tikililər mövcuddur və yerləşmə, şəhərin mərkəzinə əlçatanlıq baxımından olduqca əlverişlidir. Adını qeyd etdiyiiz rayonlardakı evlər nisbətən ucuzluq baxımından Nəsimi və Səbail rayonlarına nisbətdə fərqlənir. Digər rayonlar, o cümlədən Xətai rayonu ərazisində də mənzillərin minimum qiyməti 2500 manatdan başlayır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Quba sakini: "Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib"
Qubanın İdrisqışlaq kəndində yaşayan bir qrup sakin illərdir yol sarıdan çətinliklə üzləşirlər. Onların iddiasına görə, vaxtilə istifadə etdikləri yol bir neçə...