Vəfat edən şəxsin pensiyasını almaq üçün bilməli olduğumuz ŞƏRTLƏR
Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40 faizinin yaşı 65-dən az olub.
Qeyd olunan dövrdə dünyasını dəyişən kişilərin 47 faizi pensiya yaşına çatmayıb. Bu vəziyyət bir məsələni aktuallaşdırır.
Bəs ölən şəxslərin pensiya kapitalından kimlər yararlana bilir?
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, ər-arvaddan biri vəfat etdikdə digər tərəf onun əmək pensiyasını almaq hüququna malikdir: "Məsələn, kişinin əmək pensiyası qadınınkından yüksəkdirsə, qadın müraciət edərək ərinin təqaüdünü ala bilər".
Digər ekspert hüquqşünas Vüsal Cəfərov isə qeyd edir ki, hazırda qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının birdəfəlik şəkildə onun vərəsələrinə verilməsi ilə bağlı hər hansı bir tənzimləmə mövcud deyil:
"Lakin ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə təyin olunan pensiyanın hesablanmasında nəzərə alınır".
Ekspertlər bildirirlər ki, digər hallarda vəfat edən şəxsin pensiya kapitalı həmrəylik prinsipi əsasında xərclənir. Yəni fərdi uçot əsasında toplanmasına baxmayaraq, yığılan vəsait digər şəxslərin pensiyalarının ödənilməsinə yönəldilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...