2026-cı ildə hansı bürclər ən yaxınlarından zərbə alacaqlar?

2026-cı ildə hansı bürclər ən yaxınlarından zərbə alacaqlar?
Sosial 132

Astroloqların 2026-cı il üçün açıqladığı proqnozlara görə, bəzi bürcləri yaxın çevrəsi ilə bağlı gözlənilməz gərginliklər və xəyanət riski gözləyir. Ulduzlara əsasən, bu təsirlər daha çox ailə, dost və münasibətlər sahəsində özünü göstərə bilər.

BAKU.WS xəbər verir ki, 2026-cı ildə ən həssas bürclər arasında Əqrəb, Xərçəng və Dolça xüsusi olaraq qeyd olunur. Proqnoza görə, bu bürclərin yaxın çevrəsinin bəzi nümayəndələri onların zəifliklərindən istifadə etməyə və şəxsi maraqları naminə mənfi addımlar atmağa meylli ola bilər.

Əqrəblər üçün qarşıdan gələn il gizli gərginliklərin üzə çıxacağı zaman hesab olunur. Onların uzun illər güvəndiyi şəxslərlə münasibətlərində kəskin dönüş baş verə bilər. Xərçənglər daha çox ailə və yaxın qohumlarla bağlı emosional sarsıntılar yaşayacaq. Dolçaların isə dost çevrəsində fikir ayrılıqları səbəbilə ciddi ayrılıqlar yaşama ehtimalı var.

Astroloqlar bu bürclərə 2026-cı ildə qərarlarında daha ehtiyatlı olmağı, şəxsi məlumatlarla bağlı diqqətli davranmağı, xüsusilə də az tanıdıqları insanlara güvənməzdən əvvəl zaman tanımağı tövsiyə edirlər. Proqnozlara əsasən, təmkin və sağlam sərhədlər bu bürcləri gözlənilməz zərbələrdən qoruya bilər.

Son xəbərlər