Ağ Şəhər Bulvarında dənizə düşən qız belə xilas edildi - ANBAAN VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...