Kəndə köçüb, banka bağlayıb, toyuq saxlayan MƏŞHURLAR - SİYAHI
Bəzən məşhurlar da sadə vətəndaşlar kimi şəhərin səs-küyündən uzaqlaşıb kənd həyatı yaşamağa çalışırlar. Türkiyədə bu addımı atan bir neçə məşhur var. Onlar arasında aktyorlar daha çoxdur. Bu məşhurlar şəhər həyatından uzaqda kənd həyatına uyğyunlaşıblar. Kimisi tarlada əkin əkir, kimisi isə o məhsulu yığıb qış tədarükü görür.
Bu dəfə BAKU.WS şəhəri tərk edib kəndə köçən türkiyəli məşhurların siyahısını təqdim edir:
Aktrisa Nurgül Yeşilçay
O İstabulu tərk edib çəkiliş meydanından uzaqda İzmirin kəndində yaşamağa başlayıb. Aktrisa bəzən sosial şəbəkədə yeni evindən görüntülər paylaşır. O sürdüyü traktorla çəkilən fotosunu da izləyiciləri ilə bölüşmüşdü.
Müğənni Koray Avcı
İstanbulu tərk edib kənddə yaşayan məşhurlar arasında müğənni Koray Avcı da var. O uzun müddətdir Göcekdə yaşayır. Bəzən qarpız satdığını da bildirib. Koray "Aşk Sana Benzer", "Gittin Gideli" və "Yanımda Sen Olmayınca" kimi mahnıları ilə məşhurlaşıb.
Aktyor Burak Hakkı
Şəhərin stressli həyatından qaçaraq Saros Körfezi sahilinə yerləşən aktyor burada özünü çox xoşbəxt hiss edir.
Rokçu Hayko Cepkin
Sənətçi 15 ildir Kuşadasında yaşayır.
Aktyor Yılmaz Erdoğan
Məşhur uzun müddətdir Köyceğizdəki kənd evində yaşayır.
Model Engin Koç
İllərdir podiumlarda görünən məşhur aatsının Sivasda yerləşən evinə köçərək orada yaşayır.
Rokçu Özlem Tekin
Türkiyədə rok musiqisinin sevilən simalarından olan sənətçi uzun illərdir ki, kənddə yaşayır. Özlem "Hep Yek", "Dağları Deldim", "Sen Anla", "Kargalar" kimi mahnılarla məşhurlaşıb.
Müğənni Candan Erçetin
Sənətçi uzun müddətdir kəndə köçərək orada yaşayır. O kənd mühitində banka bağlayıb, toyuq saxlayır.
Oxşar xəbərlər
Vüsalə Əlizadənin verilişi yarımçıq dayandırıldı
Bu gün "Xəzər TV"də yayımlanan "İncə səhər" verilişi yarımçıq kəsilib. BAKU.WS xəbər verir ki, erfirdə müğənnilər Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq...