Sabah saat 10:00-dan 45 min abonentin QAZI OLMAYACAQ
02
dek
2025
12:20
Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.
Məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.
Oxşar xəbərlər
Dializ xəstəsinin tibb müəssisəsində virusa yoluxduğu iddia olunur: "Səhhəti onsuz da risk altındadır"
Böyrək xəstəliyindən əziyyət çəkən 17 yaşlı şəxs xəstəxanada virusa yoluxduğunu iddia edir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı ray...