Qışda 19:00-dan sonra yemək yeməyin FƏSADLARI
Qış fəslində sonuncu qida qəbulu saat 19:00-dan gec olmamalıdır.
BAKU.WS xəbər verir ki, Bu barədə dietoloq Valentina Palazzo "Lenta.ru"ya danışıb.
Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə günəş işığının az olması səbəbindən orqanizm melatonini daha erkən istehsal etməyə başlayır:
"Gec yemək isə bədənin yuxuya hazırlaşdığı vaxtda həzm prosesini işə salır. Bu isə narahat yuxuya, mədə-bağırsaq diskomfortuna, əsəbilik və ertəsi gün yorğunluğa səbəb ola bilər".
Dietoloq axşam saatlarında şirniyyat və alkoqoldan da uzaq durmağı tövsiyə edib:
"İdeal axşam yeməyi yağsız zülallardan, qaynadılmış tərəvəzlərdən və az miqdarda mürəkkəb karbohidratlardan ibarət olmalıdır".
Oxşar xəbərlər
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları
Kanatın qırılması nəticəsində iki nəfərin həlak olduğu hadisənin detalları məlum olub. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl Şəkidə, "Şəki Yaylası" İstirah...