Quba sakini: "Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib"
Qubanın İdrisqışlaq kəndində yaşayan bir qrup sakin illərdir yol sarıdan çətinliklə üzləşirlər.
Onların iddiasına görə, vaxtilə istifadə etdikləri yol bir neçə sakin tərəfindən zəbt olunaraq bağlanıb.
Bununla yanaşı, su arxlarının da qarşısı kəsilib. Sakinlər deyirlər ki, sözügedən problem təsərrüfatlarındakı ağacları suvarmağa mane olur.
"Təxminən 200 metrlik ərazi bağlanıb və biz kəndarası yola çıxa bilmirik. Torpağın sahibi deyir ki, çıxarışım var, yolu bağlayıram. Bəs bizim bağ-bərəmiz susuz necə olacaq?!", - şikayətçi Şahin Nəsirov narazılığını bildirib.
"Mənim 66 yaşım var. Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib", - deyə başqa bir sakin deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Yerli əhali üçün otellərin qiyməti daha ucuz olsun - YENİ TƏKLİF
"Ölkədə otellər mövcud qiymət təkliflərini tələbə uyğun olaraq formalaşdırır. Hazırda qiymətlər dünya otel biznesi ilə müqayisədə bəzi hallarda uyğunluq təşkil...