Putin: Ukraynanı "Vladimir İliç Lenin adına Ukrayna" adlandırmaq olar
Rusiya prezidenti Vladimir Putin Donbasdakı vəziyyətin kritik olduğunu açıqlayıb.
BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, Putin videomüraciəti zamanı separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” rəhbərliyinin ona gərgin durumla bağlı məruzə etdiklərini və bundan sonra hər iki bölgədə olan sakinlərin Rostov vilayətinə müvəqqəti təxliyə edildiklərini vurğulayıb.
Krımın SSRİ lideri Xruşovun dövründə Ukraynaya heç bir səbəb olmadan hədiyyə edildiyini də qeyd edən Rusiya prezidenti Ukraynanı “Vladimir İliç Lenin adına Ukrayna” adlandırmağın məqbul olduğunu sözlərinə əlavə edib:
"Bu gün Ukraynanı haqlı olaraq “Vladimir İliç Leninin adına Ukrayna” adlandırmaq olar, çünki oranın müəllifi və memarı odur".
Oxşar xəbərlər
Putin bu gün xalqa müraciət edəcək
Rusiya prezidenti Vladimir Putin bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək. BAKU.WS RİA agentliyinə istinadən xəbər verir ki, V.Putinin rəhbərliyi ilə...