Kapsul formasında udula bilən parfüm istehsal edildi - FOTO

Kapsul formasında udula bilən parfüm istehsal edildi - FOTO
Siyasət 4

Türkiyənin Edirne şəhərində bir ilk yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Trakya Universitetinin professoru Gülşah Gedik güllərdən kapsul formasında udula bilən parfüm hazırlayıb.

Kapsul formasında udula bilən parfüm istehsal edildi - FOTO

O bildirib ki, bu dərmanla ağızdakı sarımsaq və digər xoşagəlməz qoxuları birdəfəlik aradan qaldırmaq mümkün olacaq:

"Bunu ağızdakı sarımsaq qoxusunu aradan qaldırmaq üçün hazırladıq. Gündəlik 4 kapsul istifadə etməklə bunun qarşısı alınacaq və hər kəs gözəl ağız qoxusuna sahib ola biləcək. Burada məqsədimiz həm də tualetlərin gözəl qoxmasıdır".

Kapsul formasında udula bilən parfüm istehsal edildi - FOTO

Bu yenilikdən sonra Trakyada yetişdirilən güllərin bölgədə daha da çoxaldılmasına başlanılıb.

Professor qeyd edib ki, o universitetdən bir neçə əməkdaşla Bolqarıstana gedib. Orada gül aroması ilə şəkərin qarışığından başqa dərmanlar hazırlandığını görüb. Parfüm kapsullarını hazırlamaq ideyası buradan yaranıb.

Kapsul formasında udula bilən parfüm istehsal edildi - FOTO

Son xəbərlər