"Rota virusu"na yoluxan musiqiçi: "Əvvəl uşaqlara sonra bizə keçir" - FOTO
Musiqiçi Serkan Çağrı "Rota virusu"na yoluxub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o xəstəxanadan fotosunu paylaşaraq bu virusun əvvəl uşaqlara sonra da tək-tək böyük adamlara keçdiyini bildirib:
"Diqqət! Diqqət! "Rota virusu" adamı peşman edir! Xüsusilə uşaqlarınızı qoruyun. Əvvəl uşaqlarda başlayan virus daha sonra bizə keçir. Məni bu qədər haldan salıb xəstə etdisə, uşaqlarımı düşünə bilmirəm".
Qeyd edək ki, "Rota virusu" ishal, qusmaqla xarakterizə edilən xəstəlikdir.
Adətən əksər uşaqlar 3 yaşına qədər bu virusa yoluxurlar. Virus infeksiyası bədəndə maye itkisi yaradır. Hər il dünyada 440 min uşaq rota virusu səbəbilə həyatını itirir.
Oxşar xəbərlər
Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb. Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan öl...