Klimatoloq Rusiyada rekord istilərin olması ilə bağlı mifi dağıtdı

Klimatoloq Rusiyada rekord istilərin olması ilə bağlı mifi dağıtdı
Siyasət 85

Rusiyada qarşıdan gələn yay mövsümünün meteoroloji müşahidələr tarixində ən isti mövsüm ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Meteorologiya və İqlimşünaslıq kafedrasının elmi işçisi Mixail Lokoşenko bu yay Rusiyada rekord istilərin gəlməsi ilə bağlı xəbərləri şərh edib.

Mütəxəssis bu cür proqnozları cəfəngiyyat adlandırıb.

İddia edilib ki, 2024-cü ilin iyun-avqust aylarında Rusiya ərazisində havanın orta temperaturu təxminən 25-27, norma isə +22 dərəcə olacaq.

"Bu proqnoz tam cəfəngiyyatdır. Yayın necə olacağını hələ heç kim bilmir. Havanın bir neçə ay öncədən proqnozlaşdırılmasının heç bir elmi əsası yoxdur. Orta enliklərdə havanı El-Nino deyil, tamamilə fərqli proseslər, xüsusən də Şimali Atlantika və digər hadisələr müəyyən edir. Təbii ki, təbiətdə hər şey bir-birinə bağlıdır, lakin burada əlaqələr çox uzaqdır. El-Nino hava fenomeni müsbət fazasına görə isti yay keçirəcəyimizi söyləmək düzgün deyil", - ekpsert deyib.

Son xəbərlər