2024-cü illə bağlı QORXUNC XƏBƏRDARLIQ: Rekord həddə isti olacaq
2024-cü ildə rekord həddə isti havanın müşahidə ediləcəyi bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın hidrometreologiya qurumu "Met Office" məlumat yayıb.
Qeyd edilib ki, 2023-cü ildə yaşanan isti hava rekord göstəricinin ilkin mərhələsi kimi qeydə alınıb.
Bu səbəbdən 2024-cü ildə iqlim dəyişikliyi nəticəsində havanın həddən artıq isti olacağı bildirilib.
Gələn il temperatur 1,34°C və 1,58°C arasında olacaq. "Met Office" professoru Adam Scaife Şimali Atlantik Okeanınında anomal istilərin olmasının və digər faktorların havanın rekord səviyyədə isinməsinə gətirib çıxardığını bildirib.
Mütəxəssislər gələn ilin bəşər tarixində dönüş nöqtəsi olacağını deyiblər.
Rekord istilərin ən başlıca səbəbi isə havaya buraxılan zəhərli qazlardır.
Oxşar xəbərlər
2024-cü il illə bağlı həyəcan təbili çalındı
Son illərdə dünyada temperaturun sürətlə artmasına dair artan sübutlar iqlim dəyişikliyi təhlükəsini daha da qabarıq göstərir. BAKU.WS xarici mətbuata istinadən...