"Akasiya Durağı"nın aktyorları 15 il əvvəl və sonra - FOTO
7-dən 77-yə hər kəsin sevərək izlədiyi "Akasiya Durağı" serialının aktyorlarının yeni fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, şəkillərdə uşaq aktyor Erimşah Bora, Pınar Aydın, Tarık Ündüz, Ayça İnci, Sema Aras, Kayhan Yıldızoğlu, Alp Kırşan, Şeyla Halis və başqaları yer alıblar. Onların fotoları 15 il əvvəl və sonra müqayisəli şəkildə paylaşılıb.
Ekran əsərində müflis olan varlı iş adamı Kemal Güneş (Zafer Ergin) intihar edir. Bundan sonra Kemalın 15 ilik şəxsi sürücüsü Nuri Bey (Zeki Alasya) onun arvadı Melahatın "Akasya Durağı"nda işləməyini istəyir.
"Akasiya Durağı" 2008-2012-ci illərdə ekrnlara gələn komediya janrlı layihədir. Rejissorluğunu Yaşar Seriner edib.
Ümumilikdə 5 mövsüm yayımlanan serial 174 bölümdən ibarətdir.
Qalereya
Oxşar xəbərlər
"Çocuklar duymasın"ın aktyorları illər sonra - FOTO
2002-2019-cu illərdə yayımlanan "Çocuklar duymasın" serialının aktyorları illər sonra bir araya gəlib. BAKU.WS axşam.az-a istinadən bildirir ki, ekran işinin ul...