SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə 2023-cü ildə baş verən silahlı zorakılıq hadisələri ilə bağlı hesabat açıqlanıb.

BAKU.WS "DHA"ya istinadən xəbər verir ki, Umut Vəqfinin paylaşdığı "Türkiyə Silahlı Zorakılıq Xəritəsi" hesabatına görə, 2023-cü ildə mətbuatda 3 773 silahlı zorakılıq hadisəsi qeydə alınıb.

Bu hadisələrdə 2 318 nəfər ölüb, 3 820 nəfər yaralanıb. 

Silahlı zorakılıq hadisələrinin 3 212-sində odlu silahdan, 561-i isə kəsici alətlərdən istifadə edilib.

Hesabatda İstanbul 505 hadisə ilə ən çox insident yaşanan şəhər, Ərzincan isə bir hadisə ilə sonuncu olub.

2014-cü ildən bəri 10 il ərzində ümumilikdə 34 197 silahlı zorakılıq hadisəsi baş verib. 34 197 silahlı şiddət hadisəsində 21 434 adam ölüb.

2023-cü ildə ən çox hadisələrin baş verdiyi ilk 11 əyalət belə sıralanıb: İstanbul, Samsun, Adana, İzmir, Kocaeli, Sakarya, Bursa, Şanlıurfa, Ankara, Diyarbəkir və Çorum.

Bəzi şəhərlərdə ciddi silahlı zorakılıq hadisələrinin sayı 400 faizə çatan artımlar olsa da, bəzi vilayətlərdə əvvəlki ilə nisbətən yüzdə 30, 40, 50 və hətta 70 faiz azalma müşahidə olunur. Yalnız bir hadisənin mətbuatda yer aldığı Ərzincanda azalma yüzdə 92 olaraq rəqəmlərə əks olunur.

BAKU.WS
QALEREYA