Türkiyədə komendant saatının tətbiq ediləcəyini eşidən insanlar mağazalara axın etdilər - VİDEO

Türkiyədə komendant saatının tətbiq ediləcəyini eşidən insanlar mağazalara axın etdilər - VİDEO
Foto Video
Siyasət 871

Türkiyə hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar 31 əyalətin, eləcə də Ankara və İstanbul sakinlərinə bu şənbə və bazar günləri evdən çıxmağı qadağan edib.

BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət elan edilən ərazilərdən biri də Zonquldağ əyalətidir.

Oranın bütün ərazisində koronavirusla mübarizə çərçivəsində komendant saatı tətbiq edilir. Bunu eşidən Zonquldağ əyalətinin sakinləri mağazalara axın ediblər.

Nəticələrdə mağaza və dükanların qarşısında böyük növbələr yaranıb. Bu görüntüləri çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, məlumatda deyilir: "Aprelin 11-i saat 00:00-dan aprelin 13-ü saat 00:00-dək 30 şəhərdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbəkir, Ərzurum, Əskişəhər, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon və Van) və Zonquldağ əyalətində bütün vətəndaşlarımızın küçəyə çıxması qadağan edilir".

Xatırladaq ki, Türkiyədə koronavirusa yoluxanların sayı 47 029 nəfərə çatıb, 1006 nəfər vəfat edib.

Son xəbərlər