ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışı ilə bağlı müqaviləni təsdiqləyib
11
fev
2024
14:44
ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.
Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:
“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.//report
Oxşar xəbərlər
Cefri Epşteynin seks skandalından sonra aktyorun bu çıxışı gündəm oldu - VİDEO
ABŞ-də uşaqlara qarşı cinsi zorakılıq edən və 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında intihar etdiyi deyilən milyonçu Cefri Epşteyn...