51 il sonra getdiyi Rusiyada ona ziyafət verildi - FOTO

51 il sonra getdiyi Rusiyada ona ziyafət verildi - FOTO
Siyasət 1

Türk kino sənətinin sultanı Türkan Şoray 51 ildən sonra ilk dəfə Rusiyaya getmişdi.

BAKU.WS xəbər verir ki, aktrisanın 1978-ci ildə çəkildiyi "Bir Aşk Masalı-Ferhat ile Şirin" adlı ekran işi rusiyalı kinosevərlərin ixtiyarına verilib.

Filmin nümayişinə qatılan Türkan Şoray daha sonra Türkiyənin Rusiyadakı səfirliyində onun üçün təşkil edilən ziyafətdə iştirak edib.

Aktrisa ona göstərilən diqqət və qayğıdan dolayı səfir Tanju Bilgiçə və səfirliyin digər əməkdaşlarına təşəkkürünü bildirib.

"Bir Aşk Masalı-Ferhat ile Şirin" filmində Türkan Şorayla yanaşı Alla Sigalova və Faruk Pekel kimi aktyorlar da rol alıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkan Şoray Rusiyaya səfər edib. Aktrisa sosial mediada 1973-cü ildə Moskvada Qırmızı meydanda çəkdirdiyi foto ilə 2024-cü ildəki müqayisəli şəkildə izləyiciləri ilə bölüşmüşdü.

Son xəbərlər