SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Harri Böyük Britaniyaya gedib.

BAKU.WS xarici KİV-ə isinadən xəbər verir ki, bir neçə gün əvvəl Böyük Britaniya Kralı III Çarlzda xərçəng xəstəliyi aşkarlanıb. Bu səbəblə Şahzadə Harri atasını ziyarətə gedib. Onun Londona səfəri zamanı qardaşı Şahzadə Uilyamla görüşmədiyi məlum olub.

Harri bu görüşü heç planlamayıb da... O Buckingham Sarayına baş çəkdikdən sonra yenidən bir neçə ildir yaşadığı ABŞ-yə qayıdıb.

Bu barədə "New York Times" məlumat yayıb.

Şahzadə Harri ilə Meqan Marklın sözçüsü Eşli Hensn qardaşlar arasındakı soyquluq barədə açıqlama verməkdən və Harrini səfər təəsuratı barədə danışmaqdan imtina edib.

Şahzadələ Harri ilə Uliyam arasında münasiböətlər 2020-ci ildən etibarən normal deyil. Buna səbəb Harrinin kral ailəsi ilə əlaqəsini kəsərək həyat yoldaşı Marklla bir dəfəlik ABŞ-yə köçməsi olub.

Xatırladaq ki, fevralın 5-də Böyük Britaniya Kralı III Çarlzda xərçəng xəstəliyi aşkar edilib. Xərçəngin hansı növ olması barədə məlumat yoxdur, amma Sarayın bildirdiyinə görə Kral bazar ertəsindən başlayaraq “müntəzəm müalicə olunur”.

BAKU.WS
QALEREYA