Qayınatasından Meqanı göz yaşına boğacaq qərar - FOTO
Buckingham Sarayında Böyük Britaniyanın şahzadəsi Harri ilə arvadı Meqan Marklın təxliyəsi barədə qərar verilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, kral III Çarlz gəlini Meqanla oğlu Harrini Böyük Britaniyadakı yeganə evlərindən çıxarır.
Sözügedən "Frogmore Cottage" adlanan mülkün açarı yaşaması üçün Şahzadə Andreyə təklif edilib.
Kral III Çarlzın mayda keçiriləcək "Tac qoyma mərasimi"nə Harrinin dəvət edilib-edilməyəcəyi müzakirə olunarkən, belə qərarın verilməsi hər kəsi təəccübləndirib.
"Frogmore Cottage" Windsor qəsrində yerləşir. Malikanə 2018-ci ildə Meqanla Harriyə toy hədiyyəsi olaraq bağışlanılıb.
Böyük Britaniya mətbuatında Harrinin ailəsi ilə arasındakı münasibətlərin pozulduğu barədə xeyli xəbər dərc edilib.
Oxşar xəbərlər
Şahzadə Harri qardaşı Uilyamın ona hücumundan danışıb: "Qab kürəyimdə çatladı" - FOTO
Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb. BAKU.WS-in məlumatına görə, "The Guardian" nəşr...