SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin elektrik avtomobili istehsalçısı "Tesla"nın idarə heyətinin bəzi keçmiş və indiki üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə edirdilər. 

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən yazır.

Məlumata görə, onlar milyarderi əsəbiləşdirməkdən və "sosial kapitallarını" itirməkdən qorxurdular.   

Bildirilir ki, Maska məxsus "Tesla" və "SpaceX" şirkətlərinin bəzi hazırkı və keçmiş direktorları iş adamının narkotikdən istifadə etdiyini bilsələr də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.  

"Tesla"nın direktorlar şurası Maskın narkotik istifadəsi ilə bağlı araşdırma aparmayıb və məsələ ilə bağlı narahatlıqlarını protokolda qeyd etməyib. 

BAKU.WS