İlon Mask şəhər salacaq

ABŞ-li sahibkar, "Tesla", "SpaceX" şirkətlərinin və "Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-nin Texas ştatının paytaxtı Ostin şəhərinin yaxınlığında yeni aldığı torpaqda öz şəhərini salmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, Mask və onun şirkətlərinin işçiləri sahibkarın ideyasını əməkdaşların işləyə və yaşaya biləcəyi Kolorado çayı boyunca bir növ Texas utopiyası kimi təsvir ediblər.
Mənbənin məlumatına görə, şəhər Maskın Texasda tikilən "SpaceX" və "Boring" şirkətlərinə bitişik olacaq.
Artıq ərazidə bir qrup modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib.
Bildirilir ki, Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Nəzərdə tutulan Maskın şəhərinin salındığı Bastrop dairəsinin nümayəndəsi bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama alıb.
Oxşar xəbərlər
İlon Mask “Twitter” üçün yarım trilyon dollara qədər pul ödəməyə hazırdır
Amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter“i almaq üçün 46,5 milyard dollar ödəməyə hazırdır. BAKU.WS APA-ya istinadən ve...
