SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün türk rok musiqisinin əfsanəvi müğənnisi Barış Mançonun vəfatından 25 il ötür.

BAKU.WS xəbər verir ki, Anadolu pop və rok musiqisinin ifaçısı Barış Manço yanvarın 2-si 1943-cü ildə İstanbulda üç uşaqlı ailədə doğulub.

Onun 3 yaşı olanda atası ilə anası boşanıb. Bundan sonra Barış Manço atası ilə birlikdə Cihangir, Üsküdar, Kadıköy kimi ərazilərdə, daha sonra isə qısa müddət Ankarada yaşayıb. O ilk dəfə 1957-ci ildə musiqi ilə məşğul olmağa başlayıb. 1958-ci ildə "Kafadarlar" adlı qrupu yaradıb. 

Sənətçi yaradıcılığı boyunca 200-dən artıq mahnı yazıb. Sənətçinin 12 qızıl, 1 platin albomu və bir sıra mükafatları var.

İlk illərdə səhnəyə qısa saçlı çıxan Barış Manço, yavaş-yavaş Türkiyədə özünəməxsus imicini sevdirməyə başladı.

Uzun saçları, orijinal geyimləri, qolbaqları, üzükləri və teatr bacarıqları onu bütün sənət dostlarından fərqləndirirdi.

O, 1975-i ildə çıxardığı alboma "2023" adını vermişdi. Barış Manço bu albomu Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etmişdi.

Barış Manço 15 il aparıcılığını etdiyi "7-dən 77-yə" verilişində səsləndirdiyi gülməli fikirlər və dialoqları ilə uşaqların sevimlisinə çevrildi.

1988-1998 illərdə TRT 1, TGRT və ATV kimi kanallarda yayımlanan veriliş rekorda imza atdı.

Musiqi həyatından bəhs edən "40. Yıl" adlı mahnı bəstələyən Barış Manço bir ara bütün mahnılarını yenidən aranjıman etdirərək sevənlərinə təqdim edib. Sənətçinin 31 populyar lan sinqlı mövcuddur.

Barış 1990-ci ildə türk-yapon dostluğu fəaliyyətləri üçün Yaponiyaya gedib və orada ilk konsertini verib. O, 5 Fevral 1992-ci ildə anası Riqqət xanımı itirdikdən sonra çox kədərli dövr yaşayıb. Ancaq həmin il zirvəyə çatan pop musiqi bazarında Barış da, “Mega Manço” albomu ilə böyük uğur qazanıb.

Barış Manço 1970-cı ildə belçikalı fotomodel Marie Claude ailə qurur. O nikah mərasimində əyninə babasından qalan üzəri gümüş işləməli, bənövşəyi rəngli 175 illik tarixi olan köynək geyinir. Marie Claude isə ağ gəlinlik əvəzinə qara rəngli geyim geyinir. Barış Mançonun nağıl kimi başlayan ilk evliliyi sadəcə, 40 gün 40 gecə davam edir. Cütlük qanuni şəkildə 6 ay sonra, 16 iyul 1970-ci ildə boşanır. 

Barış Manço 1978-ci ildə Lale Manço ilə evlənir. Onların Doğukan Manço və Batıkan Manço adlı iki övladı var. 

Monqollarla birlikdə olan Barış çıxdığı Anadolu turunda uzun saçlarına görə təhdid edilir. Konsert proqramında sonra ona sui-qəsd hazırlanır və dinamit partladılsa da, heç kim xəsarət almır.

Ömrünün son illərndə tez-tez təzyiqi ilə bağlı problemlər yaşayırdı. Barış Mançonun 1999-cu ildə yanvarın 31-dən 1-nə keçən gecə saat 23-30 radələrində təzyiqi düşməsilə halı pisləşib.

Təcili yardımla İstanbul "Siyami Ersek" Ürək-Damar xəstəxanasının çatdırılan ifaçı dünyasını dəyişib. 

Barış Manço, ölümündən bir qədər əvvəl "Club Manço" adlı bir istirahət mərkəzi yaradıb. Oğlu Doğukanın və həyat yoldaşı Lale Mançonun sözlərinə görə, Barış Mançonun həyatı boyu heç bir borcu olmayıb. 

BAKU.WS