Aktrisanın saçlarına 150 000 dollar xərc çəkildi - FOTO

Aktrisanın saçlarına 150 000 dollar xərc çəkildi - FOTO
Siyasət 178

Müğənni və aktrisa Holli Beylinin "Balaca su pərisi" filmində canlandırdığı obrazı marağa səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun filmdəki obrazı üçün saçlarına 150 000 dollar (255 000 AZN) sərf edilməsi olub.

Belə ki, Hollinin saçları ifa etdiyi Ariel obrazının saçlarına bənzəsin deyə bir çox bahalı boyalardan istifadə edilib.

Bu barədə "Variety" məlumat yayıb.

Saç ustası Camille Friend açıqlaması zamanı, aktrisanın saçları uzun olduğunudan taxma saçdan istifadə edilmədiyini bildirib.

Aktrisanın saçları suda və quruda eyni qalsın deyə başqa maddələrdən istifadə edilib. Nəticədə saça 150 000 dollar (255 000 AZN) xərc çəkilib.

Son xəbərlər