SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı aktyor Kirill Kanaxin vətənə xəyanətdə mühakimə olunacaq.

BAKU.WS bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Kanaxinin işinə Moskvanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi baxacaq. Keçmiş rusiyalı aktyor dövlətə xəyanət, terrorizm və digər cinayətlərdə ittiham olunur.

Qeyd olunub ki, xüsusi hərbi əməliyyat (SVO) başlayandan sonra Kanaxin Ukraynaya gedib və “Rusiya Könüllülər Korpusu”na (Rusiya Federasiyasında terror təşkilatı kimi tanınan) (RDK) qoşulub.

BAKU.WS