Tanınmış aktyor ölkəsinə xəyanətdə ittiham olunur
01
fev
2024
09:31
Rusiyalı aktyor Kirill Kanaxin vətənə xəyanətdə mühakimə olunacaq.
BAKU.WS bu barədə “Kommersant”a istinadən xəbər verir.
Məlumata görə, Kanaxinin işinə Moskvanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi baxacaq. Keçmiş rusiyalı aktyor dövlətə xəyanət, terrorizm və digər cinayətlərdə ittiham olunur.
Qeyd olunub ki, xüsusi hərbi əməliyyat (SVO) başlayandan sonra Kanaxin Ukraynaya gedib və “Rusiya Könüllülər Korpusu”na (Rusiya Federasiyasında terror təşkilatı kimi tanınan) (RDK) qoşulub.
Oxşar xəbərlər
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu
Dövlətə xəyanətdə ittiham olunan Əli Əliyevin (Behişti) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayə...