SİZİN REKLAM BURADA!
055 213 76 73


2003-cü ildə ekranlara gələn "Kurtlar Vadisi" serialının Memati Başı Gürkan Uygun son görünüşü ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı aktyor uzun müddətdir şəhər həyatından uzaqlaşaraq kənddə yaşayır.

Uzun müddətdən sonra "Mehmed Bir Cihan Fatihi" adlı ekran işində çəkiləcək aktyor ilk dəfə görüntülənib.Gürkan yeni görünüşü ilə xeyli təəccübləndirib.

Saç-saqqalı ağaran aktyor onları uzadaraq yeni imicə bürünüb.

Məlumat üçün bildirək ki, Uygun, sonuncu dəfə "Uyanış: Büyük Selçuklu dizisinde Haşhaşîler" serialında Hasan Sabbah obrazına həyat vermişdi.

O 1995-ci ildə Yıldız Tilbenin "Vazgeçtim" klipində çəkilib. "Kurtlar Vadisi"ndə Gürkanın tərəf müqabili Necati Şaşmaz, Oktay Kaynarca, Özgü Namal, Raci Şaşmaz, Kenan Çoban kimi aktyorlar olub. 

BAKU.WS
QALEREYA