"Kurtlar Vadisi"nin Memati Başı SON HALI İLƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Kurtlar Vadisinin Memati Başı SON HALI İLƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Foto
Siyasət 2

2003-cü ildə ekranlara gələn "Kurtlar Vadisi" serialının Memati Başı Gürkan Uygun son görünüşü ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı aktyor uzun müddətdir şəhər həyatından uzaqlaşaraq kənddə yaşayır.

Uzun müddətdən sonra "Mehmed Bir Cihan Fatihi" adlı ekran işində çəkiləcək aktyor ilk dəfə görüntülənib.Gürkan yeni görünüşü ilə xeyli təəccübləndirib.

Saç-saqqalı ağaran aktyor onları uzadaraq yeni imicə bürünüb.

Məlumat üçün bildirək ki, Uygun, sonuncu dəfə "Uyanış: Büyük Selçuklu dizisinde Haşhaşîler" serialında Hasan Sabbah obrazına həyat vermişdi.

O 1995-ci ildə Yıldız Tilbenin "Vazgeçtim" klipində çəkilib. "Kurtlar Vadisi"ndə Gürkanın tərəf müqabili Necati Şaşmaz, Oktay Kaynarca, Özgü Namal, Raci Şaşmaz, Kenan Çoban kimi aktyorlar olub.

Son xəbərlər