Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək
Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (“Bayraktar” - Qeyd) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.
Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.
Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.
Oxşar xəbərlər
“Bayraktar-TB3” daha bir sınağı uğurla tamamladı - VİDEO
“Bayraktar-TB3” pilotsuz uçuş aparatları daha bir sınaq uçuşunu uğurla başa vurub. BAKU.WS xəbər verir ki, bu barədə Baykar şirkətini İdarə Heyətinin sədri və T...