SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər il film və kino sahəsində ən yaxşıların mükafatlandırıldığı "Oskar"a namizədlərin adları açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi nominantlar arasında sürpriz film və aktyor adları da yer alıb. "Oppenheimer" filmi 13 kateqoriyada "Oskar"a namizədliyi ilə siyahıya liderlik edir. Ondan sonra "Oskar"a 11 kateqoriyada "Poor Things" filmi namizəddir.

Bu il yenə Amerika Kino Akademiyasının mükafatlandırma mərasimi ənənəvi olaraq Los-Ancelesdəki əfsanəvi Dolby Teatrında keçiriləcək. Mərasimi  dördüncü dəfə komediyaçı və televiziya aparıcısı Cimi Kimmel aparacaq.

Qalibləri elan edən aktyorların siyahısı hələ açıqlanmayıb.

 "Barbi" filmi ətrafında qalmaqal yaşanıb. Belə ki, aktyor Rayan Qoslinq, "Barbie" filminin rejissoru Qreta Qerviqin və onun ulduzu Marqo Robbinin "Oskar" mükafatının iki əsas kateqoriyasında namizədliyini irəli sürməsindən məyus olduğunu bildirib. 

Baxmayaraq ki, özünün "ən yaxşı ikinci plan aktyoru" nominasiyasında namizədliyi irəli sürülüb.

"Oskar" mükafatının təqdimetmə mərasimi ABŞ-ın ABC kanalında canlı yayımlanacaq. Bəzi kinotənqidçilər aktyorların və aparıcıların sözlərini tərcümə edərək, nominantlar haqqında öz şərhlərini verir.

BAKU.WS