SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə səs-küyə səbəb olan “Kızıl Goncalar” serialının ötən gün yayımlanan bölümü izlənmə rekordu qırıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekran işi reytinq sıralamasının AB kateqoriyasında 9.64 və ABC1 kateqoriyasında 9.41 balla ilk sıraya yüksəlib. 

Türkiyə televiziya və yayım şurası serialın iki bölümünün yayımına qadağa qoymuşdu. Ekran işinin 2-cü bölümü yanvarın ilk həftəsində 3 bölümü isə ötən gün yayıma buraxılıb.

Bundan başqa Şura serialı 9 milyon lirə dəyərində də cərimələyib. 

“Kızıl Goncalar”ın yayımına qadağa qoyulmasının və cərimələnməsinin səbəbi kimi ekran işində dinə qarşı təhqirdedici səhnələrin yer alması göstərilib. Serialda isə əslində "Fani" adlı dini təriqətin iç üzü ictimaiyyəyə nümayiş olunur. 

BAKU.WS
QALEREYA