Qalmaqallı serialın yayımı dayandırıldı - RƏSMİ - FOTO
Türkiyədə səs-küyə səbəb olan "Kızıl Goncalar" serialının ötən günkü bölümünün yayımı qadağan edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə televiziya və radio şurasının ekran işinə tətbiq etdiyi yayım qadağası məhkəmə yolu ilə təsdiqlənib.
Bu barədə serialın baş prodüseri Faruk Turgut açıqlama verib. Ekran işinin ötən günkü bölümünün əvəzinə Türkiyə televiziya və radio şurasının "FOX" kanalına göndərdiyi sənədli film nümayiş olunub.
Xatırladaq ki, "Kızıl Goncalar" yayımlandığı ilk gündən qalmaqala səbəb olub. Ekran işiniə 9 milyon lirə cərimə tətbiq edilib, sonda yayımı da qadağan edildi. Buna səbəb serialda "Fani" adlı təriqətin iç üzününün cəmiyyətə nümayiş etdirilməsi olub.
Serialın baş rollarında müğəni-aktyor Özcan Deniz və aktrisa Özgü Namal çəkiliblər.
Qalereya
Oxşar xəbərlər
Qalmaqallı serial 9 MİLYON CƏRİMƏLƏNDİ
Türkiyədə yayımlanan "Kızıl goncalar" serialı 9 milyon lirə (təxminən 518 min 400 AZN) məbləğində cərimələnib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, b...