Çəkilişləri qadağan edilən serial 10 milyon zərərə uğrayacaq - FOTO

Çəkilişləri qadağan edilən serial 10 milyon zərərə uğrayacaq - FOTO
Siyasət 2

Türkiyədə yayımlandığı gündən böyük etirazlara səbəb olan "Kızıl Goncalar" serialının prodüseri Faruk Turgut bu barədə açıqlama verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o bütün qadağalara baxmayaraq çəkilişlərin davam etdirilcəyini vurğulayıb:

"Bizə müharibə elan etdilər. Biz isə sona qədər mübarizə aparacağıq. Bu qadağalar bizi 10 milyon lirə zərərə uğradacaq. Biz yenidən yeni məkanlar tapacağıq. Əgər qorxaq olsaydım bu işi görməzdim. İnsanları yuxuya aparan seriallar çəkərdim. Amma bu mənim xarakterimə yaraşmazdı. Ötən il "Kızılcık Şerbeti"nə də ardıcıl olaraq cəriməllədilər".

Xatırladaq ki, serialda dini dərsdə müəllim şagirdə qarşı zorakılıq edərək ona "sillə" vurub. Türkiyə Radio və Televiziya İdarəsi serialda yayımlanan bu görüntülərin araşdırılacağını bildirib.

"Kızıl Goncalar"ın baş rollarında aktrisa Özgü Namal və müğənni Özcan Deniz çəkiliblər.

Son xəbərlər