SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Harri "Aviasiyanın yaşayan əfsanəsi" (Living Legend of Aviation) tituluna layiq görülüb.

BAKU.WS xəbər verir ki, bu ad Harriyə orduda xidmət edən zaman pilot kimi göstərdiyi böyük şücaətə görə təqdim edilib. Şahzadəyə mükafat ABŞ-də verilib.

Ona bu mükafatı məşhur aktyor Con Travolta təqdim edib. Travolta mərasim zamanı Harriyə anası Diana ilə rəqsindən də danışıb. Harri isə "Anamla rəqs etdiyiniz zaman mənim bir yaşım var idi. Hazırda gəldiyimiz nöqtəyə baxın" sözlərini söyləyib. 

Bu ada Cef Bezos, Tom Kruz, Nil Armstonq, Harrison Ford, Morqan Friman, İlon Mask kimi məşhur simalar da layiq görülüb.

Harri 2012-2013-cü llərdə Əfqanıstanda "Apache" helikopterində pilot olaraq çalışıb. O, təxminən orduda 10 il xidmət edib.

BAKU.WS