SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Rusiyanın Vladivostok şəhərində, “Çeryomuşki” ticarət mərkəzinin ərazisində güclü külək bir qadın və bir kişini yıxıb.

BAKU.WS rambler.ru-ya istinadən xəbər verir ki, müşahidə kamerasının görüntülərində küləyin qadını, sonra isə kişini yerə yıxdığı görünür. Bunu görən gənclər onlara ayağa qalxmağa kömək ediblər.

Külək Vladivostokda da bir neçə binanın metal damlarını qismən dağıdıb. Damın parçaları yaxınlıqda dayanmış avtomobillərə ziyan vurub.

Bundan əvvəl Vladivostokda güclü külək səbəbindən kanatlı Rusiya körpüsü (kabellərlə dəstəklənən asma körpü növü) qismən bağlanıb. Yük maşınlarının, sərnişin avtobuslarının, motosikletlərin və qoşquların körpüdən keçməsi qadağandır. Şəhər rəhbərliyi yanvarın 22-də küləyin sürətinin saniyədə 17 metrə çatdığını bildirib.

BAKU.WS
VİDEO