SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatlarında (ABŞ) ötən həftədən bəri davam edən qar fırtınası və soyuq səbəbindən həyatını itirənlərin sayı 89-a yüksəlib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ən çox itki Tennessidə baş versə də, bir çox ştatlarda itkilər qeydə alınıb.

Ən çox itki ən azı 25 ölümlə Tennessidə baş verib, Oreqon 16 ölümlə ikinci yerdədir. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York, Nyu-Cersi və bir çox başqa ştatlarda da ölüm halları qeydə alınıb.

Vaşinqton ştatının Sietl şəhərində cəmi dörd gündə əksəriyyəti evsiz olan 5 nəfər ölüb. Missisipi ştatında orta məktəblər və universitetlər əlverişsiz hava şəraiti səbəbindən tələbələrin qış tətilindən qayıtmasını təxirə salıblar.

Oreqonda təxminən 10 min, Şimali Karolinada 8 min, Kaliforniyada 7 min və Kentukkidə 4 min 300 insan işıqsız qalıb. Əlverişsiz hava şəraitinin həftənin əvvəlinə qədər davam edəcəyi gözlənilir.

BAKU.WS
QALEREYA